Xırdalanda ticarət mərkəzinin qarşısından 23 min manatlıq oğurluq olub

Xırdalanda ticarət mərkəzinin qarşısından 23 min manatlıq oğurluq olub
# 18 noyabr 2022 12:44 (UTC +04:00)

Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, pPolis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR