Xırdalanda yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında yanğın olub

Xırdalanda yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında yanğın olub
# 29 may 2023 09:30 (UTC +04:00)

Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR