Xırdalandakı partlayışla bağlı 4 nəfər xəsarət alıb - YENİLƏNİB-4 - VİDEO

Xırdalandakı partlayışla bağlı 4 nəfər xəsarət alıb - YENİLƏNİB-4   - VİDEO
# 16 noyabr 2022 23:06 (UTC +04:00)

Xırdalan şəhərində baş verən partlayışda xəsarət alanların sayı 4-ə çatıb.

APA xəbər verir ki, onlarda 3-ü azyaşlıdır.

Partlayışın dalğasından binanın həyətində park halında olan 5-dən çox avtomobilə ziyan dəyib.

***

Saat 22:22

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Saat 21:54

Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.

***

Saat 21:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə partlayış olması barədə ilkin məlumat daxil olub.

APA xəbər verirk i, bu barədə FHN-dən məlumat verilib

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hadisəsi yoxdur.

Əlavə məlumat veriləcək.

***

Saat 21:44

Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub.

Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Saat 21:29

Xırdalanda yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, hadisə AAAF Park Yaşayış kompleksində olub.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR