Xızıda qanunsuz ov edən şəxs saxlanılıb - FOTO

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 20 dekabr 2021 15:38 (UTC +04:00)

Xızıda qanunsuz ov edən şəxs müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İbrahim Kamalov rayonun Sitalçay kəndi ərazisində, üzərində qanunsuz daşıdığı 16 kalibrli ov tüfəngi ilə ov edərkən saxlanılıb.
Rayon Polis Şöbəsinəgətirildikdən sonra İ.Kamalovun rayon ərazisində qaz xəttinin bir neçə dayaq borularını oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR