Xızıda bir ton arpa oğurlanıb

Xızıda bir ton arpa oğurlanıb
# 22 noyabr 2019 13:19 (UTC +04:00)

Xızada oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 20-də Xızı rayonu ərazisindən avtomobil və 1 ton arpa oğurlanması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Müraciətlə əlaqədar dərhal Xızı RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Müəyyən edilib ki, Şuraabad qəsəbəsində yaşayan T.Mirzəyevanın həyətindəki qarajdan qapının qıfılına açar seçmək yolu ilə “QAZ-31” markalı avtomobil və 1 ton arpa oğurlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “QAZ-31” markalı avtomobil noyabrın 21-də Şorabad kəndi ərazisində tapılmış, oğurluğu törətməkdə şübhəli bilinən Xızı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR