Xızıda yol qəzasında 2 nəfər ölüb

Xızıda yol qəzasında 2 nəfər ölüb
# 15 iyun 2022 10:30 (UTC +04:00)

İyunun 14-də saat 18 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində A.Ağayevin idarə etdiyi “Mercedes” və Xalidə Xəlilzadənin idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə X.Xəlilzadə və sərnişini Gülbəniz Qaçıyeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR