Xocasəndə minik və yük maşınları toqquşub - FOTO

Xocasəndə minik və yük maşınları toqquşub - FOTO
# 11 yanvar 2023 10:43 (UTC +04:00)

Qaradağ rayonunun Xocasən qəsəbəsində yol qəzası olub.

APA-nın xəbərinə görə, hadisə “Meyvəli bazarına" gedən yolda qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələrin şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev APA-ya bildirib ki, Xocasən yolunda “Opel” markalı avtomobil əks istiqamətli hərəkət zolağına çıxıb manevr edərkən qarşıdan gələn DAF markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində “Opel”in sürücüsü yüngül bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR