Xocavənd Mərkəzi Xəstəxanasında mənimsəməyə görə cinayət işi başlanıb

Xocavənd Mərkəzi Xəstəxanasında mənimsəməyə görə cinayət işi başlanıb
# 17 yanvar 2023 11:01 (UTC +04:00)

Dövlət əmlakının mənimsənilməsinə dair cinayət işi başlanılıb.

Xocavənd rayon prokurorluğundan APA-ya verilən xəbərə görə, “Xocavənd Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı PHŞ-nin vəzifəli şəxslərinin 2020-2022-ci illlər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR