Xocavənddə azad edilmiş ərazidə xeyli silah-sursat aşkarlanıb - VİDEO

Xocavənddə azad edilmiş ərazidə xeyli silah-sursat aşkarlanıb  - VİDEO
# 05 yanvar 2023 13:37 (UTC +04:00)

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 1 avtomat, 1 pulemyot, 4 tank əleyhinə idarə olunan raket sistemi, 2 qumbaraatan, 21 əl qumbarası, 156 müxtəlif çaplı mərmi, 12.800 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR