Xocavənddə sursat partlayıb, çoban ölüb - VİDEO

Xocavənddə sursat partlayıb, çoban  ölüb - VİDEO
# 13 yanvar 2023 17:06 (UTC +04:00)

Xocavənd rayonu ərazisində sursat partlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hadisə Ağburun adlanan ərazidə qeydə alınıb.

Ərazidə heyvan otaran çoban, 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə çoban hadisə yerində ölüb.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gedərək baxış keçiriblər. Hadisə yerində təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR