Xocavənddə yanğın söndürülüb - VİDEO

Xocavənddə yanğın söndürülüb - VİDEO
# 21 iyul 2022 14:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR