Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb - FOTO - VİDEO

# 04 oktyabr 2022 13:43 (UTC +04:00)

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.

Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.

Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR