YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb - FOTO - YENİLƏNİB - VİDEO

Fazil Sabir oğlu Məhərrəmov

© APA | Fazil Sabir oğlu Məhərrəmov

# 02 avqust 2022 19:43 (UTC +04:00)

Sabirabadda bu gün baş verən zəncirvarı yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosu xəbər verir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur.

Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

***

18.05

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR