Yardımlıda avtomobil aşıb, ölən və xəsarət alan var

Yardımlıda avtomobil aşıb, ölən və xəsarət alan var
# 16 mart 2023 09:05 (UTC +04:00)

Yardımlıda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə Deman-Arvana yolunun 12-ci kilometrliyində qeydə alınıb.

Cavid Əliyev idarə etdiyi avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin Nahid İmanov ölüb, sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR