Yasamalda avtomobildən 1200 manat oğurlanıb

Yasamalda avtomobildən 1200 manat oğurlanıb
# 20 yanvar 2022 12:17 (UTC +04:00)

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yanvarın 13-də A.Şərifzadə küçəsindəki avtoyuma məntəqələrinin birində “Kia” markalı avtomobildən 1200 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlimata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini V.Heydərov və Masallı rayon sakini C.Nəzərov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR