Yasamalda hündürmərtəbəli binada yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Yasamalda hündürmərtəbəli binada yanğın söndürülüb  - YENİLƏNİB   - VİDEO
# 19 iyul 2022 21:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın 5-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək şaxtadan keçən kabellər yanıb.

Yanğın zamanı 30 nəfərə yaxın bina sakini təxliyə olunub.

***

20.37

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR