Yasamalda ikimərtəbəli bina yanıb

Yasamalda ikimərtəbəli bina yanıb
# 13 sentyabr 2022 10:01 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının yanar konstruksiyaları və dam örtüyü yanıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR