Yasamalda kafedə yanğın olub

Yasamalda kafedə yanğın olub
# 14 noyabr 2022 14:42 (UTC +04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 100 m² olan kafenin mətbəxində həcmi 50 litr olan məişət qaz balonunda ani alışma baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, nəticədə kafenin mətbəxində 2 ədəd soba, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və tüstü bacasında yağ qalıqları yanıb. Kafenin qalan hissəsi və hər birinin həcmi 50 litr olan 2 ədəd məişət qaz balonu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR