Yasamalda yaşayış binasında yanğın olub, 4 nəfər təxliyə edilib - YENİLƏNİB

Yasamalda yaşayış binasında yanğın olub, 4 nəfər təxliyə edilib - YENİLƏNİB
# 28 noyabr 2022 16:39 (UTC +04:00)

Bakı şəhəri, Yasamal rayonu, Əhəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan ikiotaqlı mənzilin eyvanında 2 ədəd su qızdırıcısı və 0,5 p.m dolab yanıb, yüksək temperaturdan eyvanın pəncərə çərçivəsi qismən qarsalanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

15.00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR