Yeni il bayramında mənzildən 282 min manatlıq oğurluq edənlərə hökm oxunub

Yeni il bayramında mənzildən 282 min manatlıq oğurluq edənlərə hökm oxunub
# 22 sentyabr 2022 13:09 (UTC +04:00)

Bakıda Yeni il bayramında mənzildən 282 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Murad Allahverdiyev və Uveys Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Murad Allahverdiyev 8 il, Uveys Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda yerləşən evlərdən birində qeydə alınıb. Zərərçəkən ev sahibi polisə müraciət edərək 31 dekabr – 2 yanvar tarixləri arasında evdə olmadığı müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 10 min manat nağd pul, 150 min dollarlıq qızıl-zinət əşyaları və 15 min manat dəyərində qol saatları və s. olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaqatala rayon sakinləri Murad Allahverdiyev və Uveys Məmmədov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

İş üzrə dəymiş zərər 282 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR