Yetkinlik yaşına çatmayan məhkumlarla maarifləndirmə tədbiri keçirilib - FOTO

Yetkinlik yaşına çatmayan məhkumlarla maarifləndirmə tədbiri keçirilib  - FOTO
# 21 iyun 2022 12:39 (UTC +04:00)

Bakı Şəhər Probasiya İdarəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilmiş yetkinlik yaşına çatmayan 21 məhkumla maarifləndirmə tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə İdarənin rəis vəzifəsini icra edən Namiq İsmayılov, Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Günay Babayeva, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin psixoloqları və valideynlər iştirak ediblər.

Qonaqlar məhkumlarla maarifləndirici söhbətlər edərək onları gələcək həyatlarında qanundan kənar əməllərdən çəkinməyə çağırıblar. Cəmiyyətdə tüğyan edən "ağ ölüm" adlandırılan narkomaniyanın acı nəticələrini əyani şəkildə göstərilməsi məqsədilə film nümayiş etdirilib.

Qeyd olunub ki, Respublika Narkoloji Mərkəzinin həkim narkoloqunun, Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyinin psixoloqlarının və valideynlərinin iştirakları ilə yetkinlik yaşına çatmayan məhkumların peşə yönümlü ixtisaslara yönləndirilməsi, onlar tərəfindən örədilə biləcək hüquq pozuntularının qarşısının alınması, narkomaniyanın acı nəticələrinə dair maarifləndirmə tədbiri həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR