Yevlax xəstəxanasının şöbə müdiri qətlə yetirilib - YENİLƏNİB

Yevlax xəstəxanasının şöbə müdiri qətlə yetirilib - YENİLƏNİB
# 10 yanvar 2023 23:46 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda həkimin öldürülməsi faktını təsdiqləyib.

DİN Mətbuat Xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya bildirib ki, hazıda həmin faktla bağlı araşdırma aparılır.

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

***

23.32

Yevlaxda həkim qətlə yetirilib.

APA xəbər verir ki, Yevlax Rayon Mərkəzi Xəstəxasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR