Yevlax rayonunda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 17 yaşlı oğlan dünyasını dəyişib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlunun xəsarəti ağır olduğundan və çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən istintaq araşdırmaları aparılır.
***
Saat 20:55
Yevlax rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Havarlı kəndində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Nazarov Rasim Abid oğlu naməlum şəraitdə bıçaqlanaraq xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar araşdırma aparılır.