Yevlaxda 52 yaşlı qadın qoz ağacından yıxılıb

Yevlaxda 52 yaşlı qadın qoz ağacından yıxılıb
  • Clock-gray 01:33
  • calendar-gray 10 Oktyabr 2019

Yevlaxda qoz ağacından yıxılan 52 yaşlı qadın ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Marzılı kəndində baş verib.

Belə ki, qonşu bölgədən bacısının evinə qonaq gələn 1967-ci il təvəllüdlü İsakova Sümayə Sadəddin qızı üzərinə qalxdığı qoz ağacından yıxılaraq ağır xəsarət alıb. Onun müxtəlif əzik xəsarətləri alması ilə yanaşı, birinci bel fəqərə sümüyü və iki barmağının sındığı da deyilir. Yaralı xəstəxanaya yerləşdirilərək dərhal əməliyyat olunub.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date