Yevlaxda ahıl kişi maşınla yeniyetməni vurub

Yevlaxda ahıl kişi maşınla yeniyetməni vurub
# 12 sentyabr 2019 21:32 (UTC +04:00)


Yevlaxda 81 yaşlı sürücü idarə etdiyi maşınla yeniyetmə piyadanı vurub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin mərkəzində - Səməd Vurğun küçəsində baş verib.

Belə ki, 1938-ci il təvəllüdlü rayon sakini Ağalarov Yaqub Dadaş oğlu idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 10-11 yaşlı oğlan uşağını vurub.
Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımdan sonra yaralanın durumunun stabilləşdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR