Yevlaxda bir dam altında tikilən evlər yanıb

Yevlaxda bir dam altında tikilən evlər yanıb
# 27 fevral 2023 08:54 (UTC +04:00)

Yevlaxda bir dam altında tikilən iki ev yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yevlax şəhərində bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 85 m² olan 3 otaqlı evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 45 m² sahədə, ümumi sahəsi 85 m² olan 3 otaqlı evin mətbəxinin və bir otağının tavanı 20 m² sahədə yanıb.

"Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR