Yevlaxda DYP postu yaxınlığında yanğın baş verib - FOTO - VİDEO

Yevlaxda DYP postu yaxınlığında yanğın baş verib - FOTO - VİDEO
# 13 iyul 2019 01:24 (UTC +04:00)

Yağış və külək Yevlaxda yanğına səbəb olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində yanğın qeydə alınıb.

DYP-nın magistralda yerləşən postu yaxınlığındakı yaşıllıq zolağını ildırım vurub və ardınca yanğın başlayıb.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR