Yevlaxda DYP postu yaxınlığında yanğın baş verib - FOTO - VİDEO

Yevlaxda DYP postu yaxınlığında yanğın baş verib - FOTO - VİDEO
  • Clock-gray 01:24
  • calendar-gray 13 İyul 2019

Yağış və külək Yevlaxda yanğına səbəb olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində yanğın qeydə alınıb.

DYP-nın magistralda yerləşən postu yaxınlığındakı yaşıllıq zolağını ildırım vurub və ardınca yanğın başlayıb. 

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülüb. 

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date