Yevlaxda ər arvadını iplə boğaraq öldürüb

Yevlaxda ər arvadını iplə boğaraq öldürüb
# 19 noyabr 2022 07:29 (UTC +04:00)

Noyabrın 19-da səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR