Gülyanaq və Gülyaz Məmmədovaların yeznəsi yol qəzasında ölüb - FOTO - YENİLƏNİB

Gülyanaq və Gülyaz Məmmədovaların yeznəsi yol qəzasında ölüb - FOTO - YENİLƏNİB
# 24 sentyabr 2019 15:30 (UTC +04:00)

Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.

APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Mövsüm Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.

***

Saat 14:15

Xəbərə fotolar əlavə edilib.

***

Saat 11:10

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri - 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR