Yevlaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Yevlaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
# 02 noyabr 2022 09:23 (UTC +04:00)

Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, hadisə rayonun Malbinəsi kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Pərvin Məhərrəmovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1980-ci il təvəllüdlü Samir Səfərovun idarə etdiyi "Nissan Maxima" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ 2106" markalı avtomobildə olan sərnişin, 1966-cı il təvəllüdlü Həqiqət Məhərrəmova hadisə yerində ölüb. Daha 3 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR