Yevlaxda iki maşın toqquşub, ölən var

Yevlaxda iki maşın toqquşub, ölən var
# 07 fevral 2023 12:05 (UTC +04:00)

Yevlax-Ağdam-Laçın magistral yolunda qəza baş verib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, hadisə bu gün səhər saatlarında Yevlax-Ağdam-Laçın magistral yolunun Yevlax rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Xəzər" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü Yevlax rayon sakini Elnur Orucov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR