Yevlaxda meşə zolağında yanğın olub

Yevlaxda meşə zolağında yanğın olub
  • Clock-gray 20:47
  • calendar-gray 17 İyul 2019

Yevlax rayonunda yaşıllıq zolağında yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonuna düşən hissəsindəki meşəətarafı və digər yaşıllıq ərazilərdə qeydə alınıb.

Yanğın saatlarla davam edib. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Yevlax rayon yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın tamamilə lokallaşdırılıb və söndürülüb. 3 hektarlıq yaşıllıq zolağı tamamən yanıb. O cümlədən 2 hektarda ağac və otlar, 1 hektara qədər meşəətrafı ərazidə isə quru ağaclar və kollar yanaraq yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

Yanğının səbəbləri araşdırılır.

Ehtiram Muradov

Digər xəbərlər

Arxiv

date