Yevlaxda mikroavtobus traktorla toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO

Yevlaxda mikroavtobus traktorla toqquşub, 2 nəfər xəsarət alıb - VİDEO
# 25 may 2022 10:42 (UTC +04:00)

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 4 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhəd magistral yolunun 280-ci kilometrliyində, Yevlax rayonu ərazisində qeydə alınıb.

Belə ki, Kərimov Zaur Rəşid oğlunun idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus Allahverdizadə Ülvi Elxan oğlunun idarə etdiyi traktorla toqquşub.

Nəticədə hər iki sürücü xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR