Yevlaxda narkotacir polisə xəsarət yetirib

Yevlaxda narkotacir polisə xəsarət yetirib
# 30 iyun 2022 09:29 (UTC +04:00)

Polis narkotik əkəni saxlayarkən xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR