Yevlaxda qəza olub, bu gün toyu olacaq qız və qohumu ölüb - YENİLƏNİB 2 - VİDEO

Yevlaxda qəza olub, bu gün toyu olacaq qız və qohumu ölüb  - YENİLƏNİB 2  - VİDEO
# 07 noyabr 2022 11:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən qəza ilə bağlı məlumat yayıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Səmədabad kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Aran Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili dərinliyi təqribən 1,5 m olan su kanalına aşıb, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

10:58

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırması nəticəsində daha bir nəfər ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, qəza nəticəsində axtarışları davam etdirilən Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

10:19

Noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi “BMW” markalı avtomobili su kanalına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, nəticədə F. Qasımov və sərnişini Nuranə Hüseynova ölüb. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, 2005-ci il təvəllüdlü Nuranə Hüseynovanın bu gün toyu olacaqmış, onlar gözəllik salonuna gedən zaman qəzaya düşüblər. X.Hüseynova və G.Hüseynova isə onun əmisi qızlarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR