Yol Polisindən xəbərdarlıq: Yollarda görmə məsafəsi məhdudlaşacaq

Yol Polisindən xəbərdarlıq: Yollarda görmə məsafəsi məhdudlaşacaq
# 08 iyun 2023 09:55 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yollarda görmə məsafəsinin məhdudlaşacağı ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən APA-ya dverilən məlumata görə, xəbərdarlıqda deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir.

Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yola çıxarkən diqqətli olmağa, xüsusilə sürücüləri yol və meteoroloji şəraiti nəzərə almağa, sürət həddini minimuma endirməyə, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR