Yol polisinin tələbinə əməl etməyən sürücü həbs edilib

Yol polisinin tələbinə əməl etməyən sürücü həbs edilib
# 30 iyul 2022 09:26 (UTC +04:00)

Polisin tələbinə əməl etməyən şəxs həbs olunub.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Məlumata görə, “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Qəzənfər Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR