Yol polisinin tələbinə əməl etməyən sürücü həbs olunub

Yol polisinin tələbinə əməl etməyən sürücü həbs olunub
# 26 iyul 2022 11:26 (UTC +04:00)

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyən şəxs həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Scania” markalı, 77-BA-685 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücü Mürşüdov İslam Misirxan oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. İslam Mürşüdov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 1 ay müddətində inzibati qaydada həbs edilib.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, belə hüquqazidd əməllərə yol verən şəxslərlə bağlı ciddi tədbirlər həyata keçiriləcək", DYP-nin məlumatında deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR