Yolu düzgün yerdən keçməyən piyada zəncirvarı qəzaya səbəb olub

Yolu düzgün yerdən keçməyən piyada zəncirvarı qəzaya səbəb olub
# 22 yanvar 2022 19:53 (UTC +04:00)

Gəncə şəhərində zəncirvarı yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib, nəticədə arxada gələn “AzSamand” markalı avtomobil “Mercedes”ə, “VAZ-2106” markalı avtomobil isə hər iki avtomobilə çırpılıb.

Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsünün qəfil əyləcdən istifadə etməsinə yolu düzgün yerdən keçməyən piyada səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR