Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verən hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.