Zakir Sultanov Ali Məhkəməyə müraciət edib

Zakir Sultanov

© APA | Zakir Sultanov

# 06 dekabr 2022 15:11 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov kassasiya şikayəti verib.

APA xəbər verir ki, şikayət ərizəsində sabiq idarə rəisinin cəzasının yüngülləşdirilməsi xahiş olunub.

Şikayət baxılması üçün Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 5 il 6 aya endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR