Sirkə turşusundan zəhərlənən Zaqatala sakini Bakıya göndərilib - YENİLƏNİB

Sirkə turşusundan zəhərlənən Zaqatala sakini Bakıya göndərilib  - YENİLƏNİB
# 29 may 2023 11:08 (UTC +04:00)

Zaqatalada sirkə turşusundan zəhərlənən 72 yaşlı qadın Bakıya göndərilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, o, müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilib.

***

10:33

Zaqatalada 72 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Muxax kənd sakini 72 yaşlı Zahidət Abdullayeva kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı qadının sirkə turşusundan zəhərləndiyi məlum olub. Zahidət Abdullayevanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR