Zaqatala sakinindən 4 kq narkotik götürülüb - VİDEO

Zaqatala sakinindən 4 kq narkotik götürülüb - VİDEO
# 19 iyun 2019 10:16 (UTC +04:00)

Zaqatala sakini külli miqdarda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR