Zaqatala sakinlərindən 4 tüfəng götürülüb - FOTO

Zaqatala sakinlərindən 4 tüfəng götürülüb - FOTO
# 16 yanvar 2023 17:38 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülüməsi istiqamətində bir neçə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məluata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları, ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR