Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb

Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb
# 31 yanvar 2023 17:16 (UTC +04:00)

Zaqatalada 17 yaşlı oğlan qəflətən ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala şəhəri Gülbənövşə Kərimova küçəsindəki evdə baş verib. Həmin ünvanda kirayə yaşayan rayon sakini, 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov hamamda yuyunmaq istəyərkən qəflətən halı pisləşib və dünyasını dəyişib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 17 yaşlı Turan Qurbanovun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR