Zaqatalada 33 yaşlı kişi bıçaqlanıb

Zaqatalada 33 yaşlı kişi bıçaqlanıb
# 08 iyun 2022 10:26 (UTC +04:00)

Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, keçmiş məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 33 yaşlı Rəşadət Əzimov bıçaqlanıb. O, baş və kürək nahiyəsinin xəsarəti ilə Zaqatala Mərkəzi rayon xəstəxanasına daxil olub. Müayinə zamanı R. Əzimova küt alət və bıçaqla xəsarət yetirildiyi məlum olub.

Hadisə ilə bağlı Zaqatala rayon Polis Şöbəsində aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, R. Əzimov və 18 yaşlı Həzrət İbişov arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı H. İbişov R. Əzimova xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli sayılan H. İbişov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR