Zaqatalada avtomobil yanıb - VİDEO

Zaqatalada avtomobil yanıb - VİDEO
# 19 yanvar 2023 09:26 (UTC +04:00)

Zaqatalada minik avtomobili yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 21:31 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində kənd sakini 1982-ci il təvəllüdlü İsmayılova Kişvər Fərhad qızına məxsus "Toyota Passo" markalı 90-ZB-746 nömrə nişanlı minik avtomobilində elektrik qısaqapanması nəticəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobil tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR