Zaqatalada bazar ərazisində yanğın olub - FOTO

Zaqatalada bazar ərazisində yanğın olub - FOTO
  • Clock-gray 20:16
  • calendar-gray 19 Avqust 2019

 

Bu gün axşam saat 18:30 radələrində Zaqatala bazarı ərazisinin kənarında kol-kos və quru ot olan hissəsində yanğın baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək yaxınlıqdakı sahibkarlara məxsus ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 500 kv/m sahədə kol-kos, tullantılar və quru ot yanıb.

Faktla bağlı araşdırma aparılır.
 

Vüqar Heydərov

Digər xəbərlər

Arxiv

date