Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb
# 29 oktyabr 2022 07:28 (UTC +04:00)

Zaqatalada fərdi yaşayış evi yanıb.

Oktyabrın 28-dən 29-a keçən gecə rayonun Əliabad qəsəbəsində qəsəbə sakini Nurəddin Əli oğlu Balaxanova məxsus, ümumi sahəsi 180 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR